Qusar rayonunda 17 yaşlı qız itkin düşüb. Bu barədə Qusar rayon Polis Şöbəsinə itkin düşən 17 yaşlı Behbudova Nairə Yaşarovnanın anası Ziyadxanova Nayilə Ziyadxanovna məlumat verib. O bildirib ki, qızı yaşadığı Qusar rayonu, Saleh-oba kəndindən 2014-cü ilin dekabrında evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.

RTV(Region TV) xəbər verir ki, rayon ərazisində aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsi tapmaq mümkün olmayıb.
 
Onun fərdi əlamətləri aşağıdakı kimidir: Boyu 150 sm, normal bədən quruluşlu, sifəti dairəvi, saçları qara, gözlərinin rəngi qəhvəyidir.
 
Evdən çıxarkən əynində qara rəngli uzun gödəkçə, göy rəngdə kofta, əynində göy rəngli cins şalvar və ayağında qara rəngli qadın çəkməsi olub. Onun barəsində hər hansı bir məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

Milli.Az