Barbadoslu müğənni Rihanna aktyor Leonardo Di Kaprionu ailəsi ilə tanış etməyə hazırlaşır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Rihannanın yaxınları cütlüyün münasibətlərinin ciddi olduğunu deyiblər:
“O, Leonu dəli kimi sevir. Artıq ailəsi ilə tanış edib onların razılığını almağa hazırlaşır”.
Ancaq Leonardo Rihanna qədər tələsik davranmaq istəmir və cütlük kimi görünməkdən qaçır. Bunu ulduzun yaxınları bildirib:
“Leonun da Rihannadan xoşu gəlir, zarafatlarını xoşlayır. Amma ailə ilə tanış olmağa hazır deyil. Qorxuruq ki, Rihannanın qəlbi yenə sınacaq”.
Qeyd edək ki, Rihanna 27-ci doğum gününü Di Kaprio ilə birgə keçirib. Onlar bütün gecəni rəqs ediblər.