Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Qəhramanlı qəsəbəsində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:58-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zərdab rayonu, Allahqulubağı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik tikilmiş digər ev, köməkçi tikili və talvar yanğından mühafizə olunub. Yanğın saat 15:38-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az