Fransa mətbuatında “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən məqalələr dərc olunub
Paris, 8 mart, AZƏRTAC
Son günlər Fransanın nüfuzlu mətbu orqanlarında “Bakı 2015” birinci Avropa Oyunlarından bəhs edən materiallara vaxtaşırı yer verilir.
Parisdə gündəlik nəşr olunan “Le Parisien” və “La Croix” qəzetlərində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığın gedişindən bəhs edən məqalələrdə Xəzər dənizi sahilində yerləşən və nəhəng enerji ehtiyatlarına malik Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılışına 100 gün qaldığı xatırlanıb.
Oyunlar üçün nəzərdə tutulan 65 min yerlik yeni stadionun artıq istifadəyə verildiyini diqqətə çatdıran “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin baş direktoru Saymon Klerr bu idman qurğusunu Avropada analoqu olmayan stadion kimi təqdim edib. Stadionun orijinal üslubda tikildiyini və müasir texniki avadanlıqla təchiz olunduğunu xüsusi vurğulayıb. O, hazırda stadionda yaşıl örtüklə və avtobus dayanacaqları ilə bağlı tamamla işlərinin aparıldığını bildirib.
Baş direktor görülən işlər sayəsində Avropa Oyunlarının yüksək səviyyədə və müvəffəqiyyətlə keçəcəyinə böyük inam bəslədiyini bəyan edib.
Məqalələrdə Avropa Oyunlarının Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin Azərbaycan və Oyunların Bakıda keçirilməsinə dair fikirlərinə də yer verilib.
Neft və qaz kimi yeraltı sərvətlərlə zəngin olan Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini xatırladan direktor ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf etdiyini, sağlamlıq rəhni olan idmanın inkişafına xüsusi qayğı və diqqət göstərildiyini bildirib.
Məqalənin sonunda baş direktor Saymon Klerr qeyd edir ki, Azərbaycanın idmanı sevən və onun gələcəyini yaxşı başa düşən, siyasi məqsədlərə nail olmaq üçün idmandan necə istifadə etməyi bacaran Prezidenti var. Məhz Prezident İlham Əliyevin idmanın inkişafına qayğısı sayəsində Azərbaycanda mühüm və yaddaqalan beynəlxalq yarışların keçirilməsi artıq ənənə halını alıb. “Bakı-2015” birinci Avropa Oyunları da bu ənənənin parlaq bir səhifəsi olacaq.
Əsgər Əliyev
AzərTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10