Heç kimin ona yol vermədiyini görən "Porsche"nin sürücüsü gəldiyi yolu geri qayıtmalı olur.

Bakıda kobud qayda pozuntusuna yol verən sürücünü elə digər sürücülər cəzalandırıblar. Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan görünür ki, qarşı yola çıxaraq hərəkət edən 90 UV 735 dövlət nömrə nişanlı, "Porsche" markalı avtomobilin sürücüsü etdiyi əmələ görə peşman olub. Qarşı yola çıxın sürücü bir qədər getdikdən sonra sonra maşınların gəldiyini görüb sağa – yəni, öz yolu ilə gedənlərin yoluna girmək istəyir. Lakin sürücülər birlik nümayiş etdirirlər və heç kim ona yol vermir. Vəziyyəti belə görən "Porsche"nin sürücüsü gəldiyi yolu geri qayıtmalı olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.