Bakı, 7 mart, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatında “Atletik Bilbao” 5 ildə ilk dəfə “Real Madrid” klubunu məğlub edib.
AZƏRTAC xəbər verir ki, çempionatın 26-cı turunda baş tutan görüş 1-0 hesabı ilə başa çatıb. Qolu 26-cı dəqiqədə “Atletik Bilbao”nun oyunçusu Arits Aduris vurub. Bu, klubun 2010-cu il yanvarın 16-dan İspaniya çempionatında “Real Madrid” üzərində ilk qələbəsi olub.
Hazırda Madridin “Real” klubu turnir cədvəlində 61 xalla birinci yeri tutur, “Atletik Bilbao” isə 33 xalla 8-ci pillədədir.