Əgər bir şəxs müstəhəb namaz qılırsa, başqa birisinin ona iqtida etməsi icazəlidirmi?
Milli.Az islam.az-a istinadən bildirir ki, camaat namazının düzgün sayılması üçün həm imamın, həm də ona iqtida edən şəxsin vacib namaz qılması şərtdir. Müstəhəb namaz camaatla qılınmaz.
Əgər imam müstəhəb namaz qılırsa, ona iqtida etmək düzgün deyil. Əgər insan bir kəsin vacib yoxsa müstəhəb namaz qıldığını dəqiq bilməsə, ona iqtida edə bilməz. Yəni məsələn, böyük bir alimin və ya mömin insanın namaza durduğunu görsə, təbərrük qəsdi ilə onun arxasında namaz qılmaq istəsə, gərək aydınlaşdırsın ki, həmin alim vacib namaz qılır yoxsa müstəhəb namaz.
Burada bəzi hallar istisnadır. Məsələn, quraqlıq zamanı yağış istəyi ilə qılınan “istisqa” namazını, eləcə də, Fitr və Qurban bayramı günlərinin namazını camaatla qılmağın maneəsi yoxdur.

Milli.Az