Azərbaycan beynəlxalq layihələrdə təmsil edənlərin böyük əksəriyyəti konservatoriyanın ya tələbəsi, ya da müəllimidir
Bakı, 7 mart, Türkan Abdullayeva, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bir neçə gündən sonra Bakı növbəti dəfə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalına ev sahibliyi edəcək. Bu il keçiriləcək sayca dördüncü festival çərçivəsində də gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Müsabiqənin münsiflər heyətinə yenə də Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi rəhbərlik edəcək. Bu ərəfədə AZƏRTAC-ın müxbiri Siyavuş Kərimi ilə görüşərək ondan müsahibəyə hazırlıq, yaradıcılıq planları, rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə müsahibə alıb.
- Siyavuş müəllim, əvvəlcə yeni yaradıcılıq planlarınızla bağlı məlumat verərdiniz. Məlumdur ki, bir çox beynəlxalq musiqi layihələrinin müəllifisiniz. Hazırda bu istiqamətdə nə yeniliklər var?
- Bilirsiniz ki, mənim fəaliyyətim musiqi təhsili ilə bağlıdır. Bu təhsilin bəhrəsini görmək üçün zamana ehtiyac var. Hesab edirəm ki, çalışdığım pedaqoji fəaliyyət sahəsi də bir layihədir. Düşünürəm ki, yaxşı musiqiçilərin ərsəyə gəlməsi, onlara köməklik göstərilməsi, düzgün istiqamət verilməsi baxımından çox önəmli bir layihədir. Buna baxmayaraq, əlbəttə ki, öz yaradıcılığım haqqında da düşünürəm. Hazırda sifarişlər var və bu işlərə vaxt ayırmağa çalışıram. Bu həm teatr, həm film musiqisidir, həm də musiqi parçalarıdır.
Bütün bunlar hələ ki, iş prosesindədir. Bu işləri görüb başa çatdırandan sonra onlar haqqında geniş məlumat verəcəm.
- Estrada, caz, milli musiqi. Bunlardan hansını özünüzə daha yaxın hiss edirsiniz?
- Bütün üslublar, istiqamətlər mənə yaxındır. Çünki mən bütün istiqamətlərdə çalışmışam. Ona görə hər bir istiqamət mənim üçün doğmadır. İstər klassik olsun, istər estrada, istər caz, istər rok, istərsə də milli.
- Rəhbərlik etdiyiniz Azərbaycan Milli Konservatoriyasında istedadlı tələbələrin tanınması istiqamətində hansı işlər görülür, onlar beynəlxalq layihələrdə iştirak edirmi?
- Bilirsiniz, bu gün Azərbaycan mədəniyyətini dünyada təmsil etmək üçün çox böyük imkanlar var. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Azərbaycanı ölkə sərhədlərindən uzaqlarda beynəlxalq layihələrdə təmsil edənlərin demək olar ki, 50-60 faizi Milli Konservatoriyanın ya tələbəsi, ya da müəllimidir.
- Siyavuş müəllim, siz uzun illərdir ki, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalında münsiflərdən biri kimi seçimlərdə iştirak edirsiniz. Hazırda paytaxtımız yenidən dördüncü dəfə festivala ev sahibliyi etməyə hazırlaşır. Ümumiyyətlə, bu musiqi bayramının özəlliyi nədədir, onun ənənəvi olaraq keçirilməsi Azərbaycan musiqisinin təbliğinə hansı töhfələr verir?
- Festivalın keçirilməsi, çox böyük bir təntənədir. Əvvəla, bu mədəniyyət bayramıdır. İkincisi, Azərbaycana çoxsaylı insanlar, tanınmış musiqi biliciləri gəlir. Hər gələn öz mədəniyyətini, incəsənətini təbliğ edir. Biz burada canlı olaraq onların mədəniyyəti ilə tanış oluruq. Onlar da eyni zamanda bizim mədəniyyətimizlə tanışlıq imkanı qazanırlar. Bu da Azərbaycanın bilavasitə təbliğinə, tanınmasına böyük imkanlar yaradır.
- Festivalı çərçivəsində keçiriləcək gənc muğam ifaçılarının müsabiqəsinə qatılacaq iştirakçılara hansısa məhdudiyyətlər qoyulubmu?
- Yaşla bağlı məhdudiyyət var. Yəni müsabiqənin şərtlərinə görə 36 yaşadək olan iştirakçılar qatıla bilər. İştirak etmək istəyən hər hansı bir ölkədən isə maksimum altı nəfər gələ bilər.
- Müsabiqədə ölkəmizi kimlər təmsil edəcək?
- Bilirsiniz ki, festivaldan əvvəl bir qayda olaraq respublika muğam müsabiqəsi keçirilir. Bu müsabiqənin laureatları Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək gənc muğam ifaçılarının müsabiqəsində iştirak etmək hüququ qazanır. Müsabiqənin qalibləri ilə yanaşı, gənc xanəndələr və instrumental ifaçılar da iştirak üçün müraciət edə bilərlər. Bir məqamı vurğulamalıyam ki, daha əvvəl beynəlxalq müsabiqədə iştirak edən və laureat adını qazananlar bu müsabiqəyə qatıla bilməzlər. Lakin iştirak edib, laureat olmayanlara bu şans verilir.
Qeyd edim ki, artıq respublika muğam müsabiqəsi başa çatıb. Xanəndəlik və instrumental ifaçılıq olmaqla iki istiqamət üzrə keçirilən müsabiqənin iştirakçılarını respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti seçib.Qaliblər həm mükafatlandırılıb, həm də onların yekun konserti olub. Bu müsabiqədə qalib gələn iştirakçılar “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçiriləcək gənc muğam ifaçılarının müsabiqəsində ölkəmizi təmsil etmək hüququ qazanıblar.
- Müsahibəyə görə təşəkkür edirəm.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10