Bakı, 7 mart, AZƏRTAC
Nizami Kino Mərkəzində böyük coşqu ilə növbəti türk ulduzunun imza günü və film nümayişi keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini azərbaycan tamaşaçısına təqdim edib.
Filmdən əvvəl aktyor və rejissor İlker Ayırık və Hakan Bulut aftoqraf veriblər və mətbuatın suallarını cavablandırıblar.
Halim və Selim iki şən və baməzə olan qardaşdırlar. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər-istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xöşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar.
Filmdə baş rolları İlker Ayirik ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər.