Qubanın qədim yerlərindən sayılan Rustov kəndindəki bəzi evlərin yaşı artıq bir əsrdən də çoxdur. Özünəməxsus formada inşa olunan bu 5 evdən 3-ü hazırkı dövrümüzə qədər qalmaqdadır. RTV (Region TV) xəbər verir ki, yaşayış yerləridən yalnız birinin sakinləri yoxdur. Qalan iki evdən birinin sahibi, 63 yaşlı Rövşən Bayramov bildirir ki, ev ona babası Əliosmandan qalıb. Aradan ötən bir əsrdən artıq dövr ərzində yaşayış yerinin yalnız pəncərələrini dəyişib.
3 mərtəbədən ibarət evlər çiy kərpicdən tikilib. Birinci mərtəbədə zirzəmi, ikinci və üçüncü mərtəbələrdə yaşayış üçün ümumilkdə 10 otaq var. Otaqlarda o dövrün memarlıq izləri hələ də saxlanılmaqdır. Taxçalar, yük yerləri və sair.
Evlərin tikintisi zamanı ərazinin dağlıq olması da nəzərə alınıb. Bunun üçün yaşayış yerlərinin divarlarında müxtəlif hissələrində ağac pərdələr qoyulub. Elə onların bir əsrdən artıq dağılmadan qalmasının səbəbi də keyfiyyətli tikilmələri ilə bağlıdır.
Qeyd edək ki, sovet rejiminin bərqərar olduğu illərdə evlərin dağıdılması üçün bir neçə dəfə cəhdlər olunub. Amma XIX əsrin yadigarlarını Rustov kəndinin tarixindən silmək niyyətləri boşa çıxıb.
Milli.Az
Milli.Az

