[ 07 Mart 2015 13:32 ]



Bakı. Hafiz Heydərov - APA. Xırdalanda fəhlə faciəli şəkildə ölüb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 6-da Xırdalan şəhərində yerləşən “Euroscon” ASC-nin emalatxanasında qeydə alınıb.

 

Orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb və o, aldığı xəsarətdən hadisə yerində ölüb.