Sabah Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun dünyasını dəyişməsindən 40 gün ötür. Bununla əlaqədar Təzə Pir məscidində şairin 40 mərasimi keçiriləcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə xəbəri Azərbaycan Yazıçılar Birliyi yayıb.

Mərhum Vaqif Səmədoğlunun xatirəsini ailə üzvləri, dostları məzarı başında qeyd edəcək. Şairin ruhu Fəxri Xiyabanda anılacaq.

Milli.Az