Bu idmançılarımız dünya reytinqində birinci oldu
Ötən ay keçirilən Dünya Kuboku yarışında yeni bir tarix yazan yunan-Roma güləşçilərimiz reytinq sıralamasında da nəzərəçarpacaq uğura imza atıb. Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) Dünya Kuboku yarışlarındakı nəticələrinə görə, fevral ayının reytinq sıralamasında birinci olublar. Məlumat üçün bildirək ki, Rafiq Hüseynov Dünya Kubokunda keçirdiyi 4 görüşdən hamısını qələbə ilə başa vurub. Finalda isə ötən ilin dünya çempionatının gümüş mükfataçısı Yevgeni Saleyevi üstələyib. Rəsul Çunayev isə Dünya Kubokunda keçirdiyi 3 görüşü qələbə ilə başa vurib, finalda dünya çempionu Çingiz Labazanovu üstələyib.
Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibi (85 kq) və bürünc mükafata sahib çıxan Elvin Mürsəliyev (75 kq) mövqelərini qoruyub. Onlar müvafiq olaraq siyahıda 2-ci və 5-ci yerdədi. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə Dünya Kuboku yarışındakı göstəricilərinə görə 2 pillə irəliləyərək 5-ci sırada qərarlaşıb. Dünya Kubokundakı uğurlu çıxışı İslam Abbasovun (85 kq) 13-cü pillədən 8-ə yüksəlməsi ilə nəticələnib.
59 kq
13. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (16)
66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (7)
13. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)
71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (3)
75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer (11)
85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
8. İslam Abbasov - DK 1-ci yer (13)
98 kq
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)
130 kq
17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (16)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10