Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb
Bakı, 6 mart, AZƏRTAC
Martın 6–da “Şüa” İdman–Sağlamlıq Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan və beş gün davam edən tədbirdə 1997-1999, 2000-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar qüvvəsini sınayıb. Komanda–şəxsi xarakter daşıyan yarışlarda Bakı və regionlardan 100-dək idmançı iştirak edib.
Bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə fiziki–mənəvi sağlamlığın qorunması, idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, ölkəmizin idman nüfuzunun yüksəldilməsi, onun maddi–texniki bazasının inkişaf etdirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən tədbirlərdən danışıb. Bildirilib ki, respublikada digər idman növləri ilə yanaşı, stolüstü tennis də inkişaf edir. Bu idman növünə uşaq və yeniyetmələrin maraq və həvəsi isə getdikcə artır.
Yarışda Qaradağ rayonunun Uşaq–Gənclər İdman Məktəbi, “Lokomotiv” İdman–Sağlamlıq Mərkəzi, “Neftçi idman klubu” İB–nin idmançıları ilə yanaşı, Sumqayıt, Şəki, Şirvan, Şabran və Salyan rayonlarından olan idmançılar qalib adı uğrunda mübarizə aparıblar.
Sonda qaliblər Gənclər və İdman Nazirliyinin diplomları və Stolüstü tennis Federasiyasının mükafatları ilə təltif olunublar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10