Azərbaycanın iki yunan-Roma güləşçisi beynəlxalq reytinq cədvəlində birinci pilləyə yüksəlib
Bakı, 6 mart, AZƏRTAC
Dünya Güləş Birliyi 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısına 10 idmançımızın adı daxil edilib.
Martda İranda keçirilən dünya kuboku yarışında yeni bir tarix yazan yunan-Roma güləşçilərimiz reytinq sıralamasında da nəzərəçarpacaq uğura imza atıblar. Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay keçirilən dünya kuboku yarışlarındakı nəticələrinə görə, fevral ayının reytinq sıralamasında birinci olublar. Məlumat üçün bildirək ki, Rafiq Hüseynov dünya kubokunda keçirdiyi 4 görüşdən hamısını qələbə ilə başa vurub. Finalda isə ötən ilin dünya çempionatının gümüş mükafatçısı Yevgeni Saleyevi üstələyib. Rəsul Çunayev isə kubok yarışlarında keçirdiyi 3 görüşü qələbə ilə başa vurub və finalda dünya çempionu Çingiz Labazanovu üstələyib.
Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibi (85 kq) və dünya çempionatının bürünc mükafatçısı Elvin Mürsəliyev (75 kq) mövqelərini qoruyub. Onlar müvafiq olaraq siyahıda 2-ci və 5-ci yerdədir. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə Dünya Kuboku yarışındakı göstəricilərinə görə 2 pillə irəliləyərək 5-ci sırada qərarlaşıb. Dünya Kuboku yarışındakı uğurlu çıxışı İslam Abbasovun (85 kq) 13-cü pillədən 8-ə yüksəlməsi ilə nəticələnib.
Digər güləşçilərimizdən Taleh Məmmədov (59 kq) və Kamran Məmmədov (66 kq) 13-cü, Sabah Şəriəti (130 kq) 17-ci, Orxan Nuriyev (98 kq) isə 18-ci pillədə qərarlaşıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10