Məhşur Qələbə dairəsi dəyişdirilir. Dairədə ciddi işlərə başlanıb. Dairənin ətrafındakı daşlar sökülüb və ərazidə ağır texnika işləyir. İş icraçıları Milli.Az-a bildirdi ki, dairənin ölçüləri kiçilməlidir.

Bakı Şəhər Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, dairə olan yolda beton plitələr və sağ tərəfə hərəkəti göstərən yol nişanı quraşdırılır. Eyni zamanda, dairənin çox yüklənməsini nəzərə alaraq avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Ceyhun Ələkbərov
Milli.Az