[ 06 Mart 2015 15:23 ]



Kürdəmir Zahid Abişov - APA. Kürdəmir rayonunda  bıçaqlanma hadisəsi baş verib. APA- nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Sığırlı kənd sakini Nuriyev Hafiz Cümşüd oğlu aralarında baş vermiş münaqişə zəminində həmkəndlisi Mürşüdov Afin Heybət oğlunu sol qarın nahiyəsindən  bir dəfə bıçaqla vuraraq xəsarət yetirib. Yaralı təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəni törədən H. Nuriyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin baş vermə səbəbi araşdırılır.