[ 06 Mart 2015 14:26 ]
Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan müəllimlərini təbrik edib. APA-nın xəbərinə görə, M. Cabbarov deyib ki, bu gün təhsil sistemində çalışan müəllimlərin, pedaqoji heyətin əksəriyyəti qadınlardır. Onların bayramlarını təbrik edən nazir bütün müəllimlərə can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb: “Əminəm ki, birlikdə işləyərək ən şərəfli missiya olan müəllimlik missiyasını layiqincə yerinə yetirəcəklər”.