ANS PRESS-in məlumatına görə, rusiyalı milyarder Andrey Melniçenkonun yaxtası öz təmtəraqlı və dəbdəbəli görünüşü ilə görənləri heyrətə salır. Yaxtanın ümumi uzunluğu 120 metrdir. Xaricdən adi yaxta kimi görünsə də, içərisində üzmək üçün hovuzu, kiçik bir diskotekası var. Bu yaxta milyarder iş adamının öz həyat yoldaşı Aleksandraya hədiyyəsidir. Buna görə də yaxtanın adı qısaca olaraq "A" adlandırılıb.
Qeyd edək ki, əslən Belorusiyadan olan Andrey Melniçenkonun varidatı 11,4 milyard dollardır. 2014-cü ildə nəşr edilən Forbes jurnalının siyahısında o, dünya reytinqində 97-ci, rusiyalı milyarderlər arasında 9-cu yerdədir.



















MənbəANS PRESS