Kanal S (REGİON TV) xəbər verir ki, Balakəndə 22 yaşlı gənci meşədə bıçaqlayıblar.

Dünən gecə yarısı rayonun Kortala kənd sakini Tural Şibriyev döş qəfəsinin sol yarısının kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya gətirilib. Tural Şibriyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilib. Balakən Rayon Polis Şöbəsindən aldığımız məlumata  görə, hadisə rayonun Kortala kəndi yaxınlığındakı meşə zolağında baş verib.

Fakt Balakən RPŞ-də araşdırılır. Tural Şibriyevin hansı şəraitdə bıçaqlanması araşdırılır. Həkimlər hazırda xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Milli.Az