[ 06 Mart 2015 13:05 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb. Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1962-cı il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü  Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd Oğlu Məmmədov yaxalanıb.

 

Qeyd edək ki, H. Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür.

 

Xatırladaq ki, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb.