Bayramovlar ailəsi bir övladını imkansızlıq ucbatından müalicə etdirə bilmədiyinə görə itirib. İndi isə artıq ailənin 13 yaşlı ikinci övladı da ölümlə üz-üzə qalıb...

Trend xəbər verir ki, ailə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv küçəsindəki 45 saylı evdə yaşayır. Ailənin başçısı Məzahir Bayramov deyir ki, ailəsi çox acınacaqlı durumdadır. Maddi imkansızlıq üzündən müalicə etdirə bilmədiyindən artıq bir övladı ölüb, indi ikinci övladı, 2002-ci il təvəllüdlü Bayramova Fatimə ağır vəziyyətdədir. Həkimlərin dediyinə görə, Fatimə müalicəsi Azərbaycanda mümkün olmayan xəstəliyə tutulub:

"Xahiş edirik, bizə kömək edin, bu uşaqları xilas edək. Allah bu savab əməlinizin əvəzini artıqlaması ilə verəcək".

Bank hesabının rekvizitləri:
Bayramov Məzahir Musa
Acc No: IBAN: AZ84ACAB00001009241000382908
Beneficiary Bank: AccessBank AZADLIQ filialı
SWIFT: ACABAZ22
VÖEN: 1400057421
Telefon:+994124459511/13
Faks:+994124451102

Milli.Az