"Bavariya"nın kapitanı Filip Lam Çempionlar Liqasında favorit gördüyü komandaların adlarını açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "goal.com"a danışan almaniyalı futbolçu "Real", "Barselona" və "Çelsi"ni fərqləndirib:
"Bəli, bir müddət öncə "Real" "Atletiko"ya 0:4 hesabı ilə məğlub oldu. Ancaq bu komanda yenə Çempionlar Liqasının favoritidir. "Real"la yanaşı, "Barselona" və "Çelsi"ni də turnirin favoriti görürəm".
Milli.Az
Milli.Az