Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 23 radələrində paytaxtın A.Heydərov küçəsində kirayədə yaşayan, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyev bıçaqla qətlə yetirilib.Bərdə sakinini Bakıda qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir sakini tutulub
DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunaraq tutulub.
Faktla bağlı istintaq gedir.
Milli.Az