Şahidlərin sözlərinə görə, yanğın binanın zirzəmisində yığılıb qalan kağızların alışması səbəbindən yaranıb. Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili gəlib və yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Milli.Az