"Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder Superliqanın 23-cü turu çərçivəsində "Fənərbaxça" ilə derbi matçı öncəsi maraqlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, yarımmüdafiəçi "Fənərbaxça" azarkeşlərinin onu qorxutmadığını bildirib.

"Bazar günü yenidən Volkan Dəmirəllə üz-üzə gələcəm. Ona bu dəfə də qol vurmaq istəyirəm. Bu derbidə qələbə qazanmaq bizim üçün çox önəmlidir. "Fənərbaxça"nın çox çılğın azarkeşləri olduğunu bilirəm. Ancaq bu məni qorxutmur. Çünki karyeram ərzində belə fanatlar qarşısında çox oyunlar keçirmişəm",- deyə Sneyder bildirib.

Qeyd edək ki, "Qalatasaray" son iki oyunda məhz Sneyderin qolları ilə "Fənərbaxça"nı məğlub edib.

Martın 8-də, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mənbə
ANS PRESS