I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib.

Bu barədə APA-ya Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib.
 
"Hazırda uzunluğu 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır", - deyə qurumdan bildirilib.

Milli.Az