Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib
Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu, müqavilə ilə “Neftçi”yə məxsus olan Ruslan Qurbanovun icarə əsasında çıxış etdiyi "Hayduk" evdə “Vinoqradar"la qarşılaşıb.
 
İlk matçda səfərdə rəqibini 0:3 hesabı ilə məğlub edən Split təmsilçisi doğma azarkeşləri önündə yenə eyni nəticə ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.
 
Oyunda debüt edən Ruslan Qurbanov 46-cı dəqiqədə meydana daxil olub.
 
Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə Xorvatiya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

Milli.Az