Almaniyalı rəssamların Bakı təəssüratları bu ölkənin nüfuzlu qəzetində
Berlin, 5 mart, AZƏRTAC
Almaniyanın “Augsburger Allgemeine” qəzetində “Onlar odlar ölkəsinə heyrandır” başlıqlı məqalə dərc olunub. Məqalədə Babenhauzerdən olan rəssamlar Adi Hösle və Marqret Ayherin Azərbaycana səfəri barədə məlumat verilir.
Qeyd edək ki, səfər Marqret Ayherin Bakıda “YARAT” Müasir İncəsənət Məkanının dəvəti ilə “Yay” Qalereyasında xalça rəsmlərinin sərgisinə həsr edilmişdir. Səfər çərçivəsində alman rəssamlar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Səlhab Məmmədov, tanınmış incəsənət xadimləri və tələbələrlə görüşmüşlər.
Məqalədə almaniyalı rəssamlar təəssüratlarını belə bölüşür: “Xəzər dənizinin sahilində yerləşən bu ölkədə rəssamlıq və heykəltəraşlıq nümunələri sovet dövründən olan üslubla müasir üslubun qarışığından ibarətdir. Azərbaycanda müasir incəsənət inkişaf etməkdə və bununla da incəsənət aləmində yeni nəsil yetişməkdədir. Xəzər dənizinin sahilində yerləşən, müasir üslubdakı tikililəri göz oxşayan Bakı, axşam işıqlanarkən xüsusi gözəlliklə insanı valeh edir”.
Azərbaycanlıların qonaqpərvərlik almaniyalı rəssamları heyrətləndirib. Rəssamlar Bakıda olduqları bir həftə ərzində şəhərlə yaxından tanış olmaqla yanaşı, Qobustan Milli Tarix-Bədii Qoruğuna və palçıq vulkanlarına da baş çəkmişlər. Özündə Şərq və Qərb mədəniyyətinin elementlərini birləşdirən Bakı hər iki rəssamı heyrətləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10