Türkiyənin tanınmış müğənnisi Seda Sayan (Kadırgalı Aysel) təhsil gördüyü ali məktəbi bitirən oğlu Oğulcan Enginə bina hədiyyə edib. ANS PRESS-in məlumatına görə, məşhurların yaşadığı Cinahgir məhəlləsində yerləşən bina üçün Seda Sayan 12 milyon dollarından keçib.

Bildirilir ki, Susam küçəsində yerləşən binada hazırda bir kafe fəaliyyət göstərir və Engin burada özü üçün iş ofisi açacaq.

Binanın restovrasiya işlərini isə Seda Sayanın ilk əri, oğlunun atası Sinan Engin üstlənib. Bu məqsədlə məşhurların memarı Fırat Bozfıratla razılığa gələn ata Engin bu iş üçün memara 4 milyon dollar ödəyib.

Qeyd edək ki, Oğulcan Engin İtaliyanın Milan şəhərindəki “European School Of Economics”də oxuyur və bu dərs ilinin sonunda təhsilini başa vuraraq Türkiyəyə qayıdacaq.
Mənbə
ANS PRESS