[ 04 Mart 2015 17:55 ]
Bakı. Fuad Cəfərov - APA. "Bakı Baş Gömrük İdarəsinə heç bir basqın olmayıb. Bununla bağlı bəzi media orqanlarında yazılanların əsası yoxdur və yalandır". Bu barədə APA-ya Bakı Baş Gömrük İdarəsindən bildirilib.
Məlumatda qeyd olunub ki, bu barədə yayılmış məlumatlar dəqiqləşdirilməmiş və həqiqətdən uzaqdır.
Qeyd edək ki, bu gün bəzi saytlarda Bakı Baş Gömrük İdarəsinə basqın edilməsi və seyfdən pul aparılması barədə məlumat yayılıb.