Avropa Oyunlarına 100 gün qalması və Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Yasamal Rayon Gənclər və İdman İdarəsi “Bakı-2015” birinci Avropa Oyunlarına 100 gün qalması və 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirib.
Tədbir Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin birinci Avropa Oyunlarına həsr edilən rəsm işlərindən ibarət sərgiyə baxışla başlayıb. Sonra birinci Avropa Oyunlarından bəhs edən film nümayiş olunub.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılan addımlardan söz açıb. Bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdarə rəisi bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının böyük tarixi hadisə olduğunu xatırladıb. Qeyd olunub ki, “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır.
Gəncləri bayram günü münasibətilə təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyətdir.
Digər çıxışlarda paytaxt və regionlarda gənclərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şəraitin yaradıldığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, Avropa idman ailəsinin ölkəmizə göstərdiyi etimadın təməlində idmançılarımızın həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında uğurları da böyük rol oynayıb.
Sonda bir qrup idmançıya Yasamal Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10