Gimnastika üzrə açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Bakı, 4 mart, Raisə Abbasova, AZƏRTAC
Martın 4-də Bakıda, Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının təntənəli açılış mərəsimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin keçidi olub.
Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek gimnastları salamlayaraq bildirib ki, 100 gündən sonra idmanın 20 növü üzrə qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşacaq. Bunu tarixi hadisə hesab edən J.Gelzek deyib ki, açıq Azərbaycan çempionatında idmançılar gimnastikanın 6 növü üzrə yarışacaqlar. Avropa ənənəvi olaraq güclü idman qitəsi hesab edilir. İstedadlı idmançıların gərgin səylərinin nəticəsidir ki, Avropa Olimpiya dəyərlərinə əsaslanan lider rolunu oynamaqda davam edir. Bu, turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. “Gimnastlara ən xoş arzularımı çatdıraraq iştirakçı ölkələrin və tamaşaçıların Azərbaycan paytaxtında maraqlı yarış günləri yaşayacaqlarına inanıram”-deyə J.Gelzek bildirib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb.
Nazir müavini qeyd edib ki, gimnastika Azərbaycanda sevilən idman növüdür və çoxsaylı tamaşaçı rəğbəti qazanıb. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının rəhbəri seçildikdən sonra idmanın bu növünə maraq daha da artıb, gimnastlarımızın nailiyyətləri çoxalıb. Ölkəmizin ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunur və əsl idman bayramına çevrilir.
İ.İsmayılov vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkədə uğurlu idman siyasətinin həyata keçirilməsində müstəsna rol oynayır. Dövlətimizin diqqət və qayğısı nəticəsində respublikamızda yeni idman obyektləri inşa edilir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çempionatın bədii gimnastika üzrə yarışlarına start verilib. Xalça üzərinə Azərbaycanın yeniyetmə gimnastları dəvət olunub.
Martın 6-dək davam edəcək açıq Azərbaycan çempionatına 22 ölkədən gimnastlar qatılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10