San-Marino Avropa Oyunlarında iştirak etmək üçün idmançılarını müəyyənləşdirib
Bakı, 4 mart, AZƏRTAC
San-Marinonun Olimpiya Komitəsinin rəsmiləri öz idmançılarına “Bakı-2015” Avropa Oyunlarında iştirak üçün üç yer veriblər.
AZƏRTAC xəbər verir ki, bu yerlər cüdoçular Karim Qərbiyə və Cessika Zannoniyə, stolüstü tennisçi Letizia Giardiyə verilib. Məqsəd bu üçlüyə “Rio-2016” Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanmaq imkanı yaratmaqdır.
K.Qərbi 2013-cü ildə Lüksemburqda keçirilmiş Kiçik Ölkələrin Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanıb. 23 yaşlı idmançı, həmçinin 2012-ci ilin martında Malta beynəlxalq açıq çempionatında birinci yeri tutub.
Otuz yaşlı C.Zannoni Kiçik Ölkələrin Oyunlarında 1999-cu və 2001-ci illərdə 70 kq çəkidə və 2003-cü ildə 63 kq çəkidə gümüş medallar qazanıb. 2014-cü ilin noyabrında Ç.Zannoni İtaliya çempionatında 78 kq çəki kateqoriyasında üçüncü yeri tutub.
L.Giardi bu mövsümdə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Cadet Circuit” yarışlarında iştirak edib və İtaliya çempionatına vəsiqə qazanmış üç San-Marino idmançısından biri olub.
Bu yaxınlarda San-Marino nümayəndə heyətinin sədri Federiko Valentini digər 21 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə birlikdə MOK-un açıq gün tədbirində iştirak etmək məqsədilə Bakıda olub. Tədbirdə qonağa seminarlarda, idman proqramlarının təhlili və digər işlərdə son hazırlıqların gedişi barədə təqdimatlarla məlumat verilib.
F.Valentini San-Marino MOK-un internet səhifəsində yazıb: “Bildirməliyəm ki, Azərbaycandakı təkşilati işlər məni heyran edib. Bütün təşkilati məsələlər və obyektlər Avropa Oyunlarınadək vaxtında hazır olacaq. Biz idmançılar və məşqçilər üçün rahat məişət şəraitinin yaradıldığını gördük. Mən gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilən bu Oyunlar barədə Bakıdan çox razı və xoş əhval-ruhiyyə ilə qayıdıram”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10