[ 04 Mart 2015 13:35 ]


Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qafqazın ən böyük məscidi Heydər məscidinə yeni təyinata rəsmi münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq təsdiqlənib ki, Hacı Sabir Həsənli öz vəzifələrində qalmaq şərti ilə yeni məscidə sədr təyin olunub.

 

H. Həsənli Bakı İslam Univeristetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini vəzifələrində də qalıb.

 

Yeni məscidə axund və imam təyinatı isə hələlik olmayıb.