Mağazadan çıxan qadınlar yolu keçərkən qəflətən avtomobil zərbəsinə tuş gəliblər. Qadınlardan biri zərbənin təsirindən bir neçə metr kənara düşüb. Yaralılar elə qəza törədən sürücü tərəfindən maşına qoyularaq xəstəxanaya aparılıblar.
Şahidlər deyirlər ki, avtomobillərin intensiv hərəkət etdiyi həmin ərazidə işıqfor olmadığından hər gün qəzalar baş verir.
Gülər
Milli.Az
Foto: Elnarə




