Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bütün qarşılaşmalar eyni günə nəzərdə tutulub.
“Neftçi” öz meydanında AZAL-ı qəbul edəcək. “Xəzər Lənkəran” səfərdə “İnter”in qonağı olacaq. Premyer Liqanın lideri “Qarabağ” Respublika stadionunda autsayder “Bakı” ilə üz-üzə gələcək.

Günün son matçı Qəbələdə keçiriləcək. “Qəbələ” doğma meydanda “Simurq”la qarşılaşacaq.

4 mart

Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar

17:00. “Neftçi” – AZAL
“Bakcell Arena”
 
17:00. “İnter” – “Xəzər Lənkəran”
“İnter Arena”
 
17:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu
 
19:00. “Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu

Milli.Az