Baxdıqca nəzərlərin səni uzaqlara aparır və o ənginliklərin içində fikirlərinə dolaşanda anlayırsan ki, yerindəsən, tərpənməyibsən, gördüklərin hisslərini oynadaraq səni də irəlilədir.
Bakı dəyişir.
Bizim kimi.
Qocalır, cavanlaşır, böyüyür - hər birimiz və yanımızdakı fərdlər təki.
Bakı yaşadığımız, həyat enerjisinin səpələndiyi və sonradan kürreyi-ərzin işığı təki bizə qayıdan bir məkandır. Bakı, Xəzərdə simasını yuyan və bizə baxıb özümüzü bizə göstərən şəhər...
Ceyhun Ələkbərov
Milli.Az

Milli.Az












