"Əgər insan cəmiyyət qarşısında öhdəliklərini yerinə yetirməyibsə, evlilik bir neçə gün təxirə salına bilər".
Milli.Az xəbər verir ki, bu sözləri Rusiyanın Məhkəmə pristavları xidmətinin direktoru Artur Parfyonoviç bildirib.
Onun sözlərinə görə, xarici təcrübəni əsas götürərək Rusiya reallıqlarında vergi və cərimələr ödənməyənə qədər nikahın qadağan edilməsi ola bilər.
Kifayət qədər maraqlı yanaşmadır. Azərbaycanda da eyni cür problem ola bilərmi?
Day.Az saytı bu istiqamətdə maraqlı araşdırma aparıb. Məqalənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.
Milli.Az