[ 04 Mart 2015 06:47 ]


Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə martın 3-də Şəmkir şəhərində baş verib. Rayon sakini 1989-cu il təvəllüdlü Elşad Nazim oğlu Mustafayev qohumu 1975-ci il təvəllüdlü Natiq Sabir oğlu Mustafayev tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.