Bu ölkə Bakıya 3 cüdoçu göndərir
ANS PRESS-in məlumatına görə, San Marino nümayəndəliyi Bakı 2015 Avropa Oyunlarında iştirak üçün bu yerləri cüdoçular Karim Qərbiyə və Cessika Zannoniyə, eləcə də Stolüstü Tennisçi Letizia Giardiyə təqdim ediblər. Məqsəd bu üçlüyə Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanmaq imkanı yaratmaqdır. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.
Qərbi 2013-cü ildə Lüksemburqda keçirilmiş Kiçik Ölkələrin Oyunlarında 100 kq çəkidə qızıl medal qazanmışdı. 23 yaşlı idmançı həmçinin 2012-ci ilin mart ayında Malta Beynəlxalq Açıq Çempionatında da birinci yeri tutmuşdu.
30 yaşlı Zannoni Kiçik Ölkələrin Oyunlarında 1999-cu və 2001-ci illərdə 70 kq çəkidə və 2003-cü ildə 63 kq çəkidə gümüş medallar qazanmışdı. 2014-cü ilin noyabrında Zannoni İtaliya çempionatında 78 kq çəki kateqoriyasında üçüncü yeri tutub.
Giardi bu mövsümdə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Cadet Circuit” yarışlarında iştirak etmiş və İtaliya Çempionatına vəsiqə qazanmış üç San Marino idmançısından biri olub.
Bu yaxınlarda San Marino nümayəndə heyətinin sədri cənab Federiko Valentini digər 21 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə birlikdə MOK-un Açıq Gün tədbirində iştirak etmək məqsədilə Bakıda olub. Tədbir zamanı təqdimatlarda, seminarlarda, idman proqramlarının təhlili və digər işlərdə son hazırlıqların gedişi barədə məlumat verilib.
Cənab Valentini San Marino MOK-un internet səhifəsində qeyd edib: "Deməliyəm ki, Azərbaycandakı təkşilat işləri məni heyran etdi. Məncə bütün təşkilat məsələləri və obyektlər Avropa Oyunlarına qədər vaxtında hazır olacaq". O əlavə edib: "Biz idmançılar və məşqçilər üçün rahat məişət şəraitinin yaradıldığını gördük. Və mən gərgin olacağı gözlənilən bu yay barədə Bakıdan çox razı və xoş əhval ruhiyyə ilə qayıdıram." Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10