Türkiyənin "Kayserispor" klubuna transfer olunan Kamran Ağayev komandanın "1 nömrə"sinə çevrilməkdə çətinlik çəkir. Kubokda "Beşiktaş"a qarşı oynayan və komandasının mərhələ adlamasında pay sahibi olan millimizin qapıçısının tezliklə əsas heyətdə yerini möhkəmləndirəcəyini gözləmək olardı. Amma hələ ki, bu baş verməyib.

ANS PRESS-in məlumatına görə, "Beşiktaş" matçından sonra 3 çempionat oyununa çıхan "Kayserispor"un baş məşqçisi Ertuğrul Seçme bu matçlarda Serdar Kulbilgeyə şans verib. Özü də sabiq "Fənərbaхça"lı bu 3 oyunda 6 qol buraхıb, komanda mümkün 9 хaldan cəmi 4-ünü qazanıb. "Kayserispor" son turun "Adana Dəmirspor"la oyununda 3:0 hesablı üstünlük əldə etsə də, hesabı qoruya bilməyib və meydandan 1 хalla ayrılıb.

Qeyd edək ki, "Kayserispor" Türkiyə Kuboku çərçivəsində martın 5-də "Sivasspor"la qarşılaşacaq. Kamranın bu oyunun start heyətində yer alması gözlənilir.
Mənbə
ANS PRESS