[ 03 Mart 2015 17:23 ]



Bakı. Fuad Cəfərov – APA.  Bakı şəhərində, mənzildə meyiti tapılan şəxsin öldürüldüyü məlum olub. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Arif Heydərov küçəsi 2 ünvanında meyiti tapılan 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyevin bıçaqlanaraq qətlə yetirildiyi müəyyənləşdirilib.

 

Qeyd edək ki, fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin saytında Bakının Nərimanov rayonundakı mənzillərin birində meyit tapılması barədə məlumat yayılıb.