[ 03 Mart 2015 17:13 ]


Bakı. Ağa Cəfərli - APA. Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk sabah Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

APA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

 

Səfər martın 6-dək davam edəcək.