Türkiyənin “Qalatasaray” klubu yay transfer dönəmində növbəti səs-küylü keçidini reallaşdırmağa hazırlaşır. İstanbul təmsilçisinin İngiltərənin “Mançester Yunayted” klubunun kapitanı Bruno Fernandesi heyətinə qatmağa çalışdığı bildirilir.
Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, “Qalatasaray” rəhbərliyi portuqaliyalı ulduzun transferi üçün maliyyə imkanlarını səfərbər edib. Sarı-qırmızılılar “Mançester Yunayted”ə 35 milyon avro təklif etməyə hazırlaşır.
Xəbərdə qeyd olunur ki, 31 yaşlı yarımmüdafiəçiyə illik 20 milyon avro maaş təklif olunub. Transfer baş tutacağı təqdirdə Bruno Fernandes “Qalatasaray” tarixində ən yüksək maaş alan futbolçulardan biri olacaq.