"Qalatasaray"ın kolumbiyalı müdafiəçisi Davinson Sançez komandadan ayrılmaq istəyir.
Metbuat.az xəbər verir ki, 28 yaşlı futbolçu Sesk Fabreqasın çalışdırdığı "Komo"ya keçidə müsbət yanaşır. Sançez İtaliya klubuna transfer olmaq üçün illik 4,8 milyon avroluq maaşını 3,5 milyon avroya endirməyə razıdır. "Komo"nun müdafiəçi üçün "Qalatasaray"a 30 milyon avrodan artıq bonuslu təklif hazırladığı bildirilir.
İstanbul klubunun baş məşqçisi Okan Buruk isə Sançezin komandada qalmasını istəyir. "Qalatasaray" rəhbərliyi də yüksək məbləğə baxmayaraq, əsas müdafiəçisini asanlıqla buraxmaq niyyətində deyil. Klub yalnız böyük məbləğdə təklif gəldiyi halda transferə razılıq verə bilər.
Sançezlə "Komo" ilə yanaşı, "İnter", "Bornmut" və Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubları da maraqlanır. "Benfika" da kolumbiyalı futbolçunu transfer siyahısına daxil etsə də, yüksək maaş və bonus tələblərinə görə yarışdan çəkilib.
Qeyd edək ki, Sevinsin Sançez 2023-cü ildən "Qalatasaray"da çıxış edir.