Göyçayda Yuxarı Şirvan Suvarma kanalının rayonun Şəhadət kəndi ərazisindən keçən hissəsində (Köhnə çay yatağı) partlayış baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yaşayış yerlərində subasma hadisəsi hələ ki, qeydə alınmayıb. Ərazilər tam nəzarət altındadır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Göyçay Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və canlı qüvvələri cəlb olunub.
Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılır.