“WhatsApp Web” istifadəçiləri artıq brauzer üzərindən birbaşa səsli və görüntülü zənglər edə biləcəklər.
Metbuat.az xəbər verir ki, yeni funksiya üçün ayrıca masaüstü tətbiqinin yüklənməsinə ehtiyac olmayacaq.
Yenilik həm fərdi, həm də qrup zənglərini dəstəkləyəcək. Zənglər başdan-başa şifrələnəcək.
İstifadəçilər, həmçinin ekran paylaşımı, zəngi digər cihaza ötürmə (Call Transfer), fon səs-küyünün azaldılması və daha yüksək görüntü keyfiyyəti (QuickHD) kimi imkanlardan yararlana biləcəklər.
Yeni funksiya mərhələli şəkildə bütün istifadəçilər üçün aktivləşdirilir.