“Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançes İtaliya A Seriyasının debütantı “Komo” klubu ilə transfer şərtlərində razılığa gəlib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Çesk Fabreqasın baş məşqçisi olduğu İtaliya təmsilçisinin 30 yaşlı stoperə illik 5 milyon avro maaş və 1.5 milyon avro bonus təklif etdiyi, futbolçunun da bu şərtlərlə razılaşdığı bildirilir.

Yerli mətbuatın yazdığına görə, sarı-qırmızılı rəhbərlik təcrübəli müdafiəçini asanlıqla buraxmaq niyyətində deyil və “Komo”dan gələn ilk rəsmi təklifi rədd edib. İstanbul klubu 2029-cu ilə qədər müqaviləsi olan Sançes üçün qapını olduqca yüksək - 35 milyon avroluq tələblə açıb. Türkiyə təmsilçisi İtaliya klubuna güzəştə getmək fikrində deyil.

Tərəflər arasında transfer danışıqlarının hansı məcrada davam edəcəyi diqqət mərkəzindədir.