"İndiyədək çoxlu UFC döyüşüm olub və bu döyüşdə bütün təcrübəmi göstərəcəyəm. Rəqibimin zəif cəhətlərini bilirəm. Ona görə də bütün güclü tərəflərimi onun zəif cəhətlərinə qarşı istifadə edəcəyəm".

Metbuat.az-ın məlumatına görə, bu sözləri UFC döyüşçüsü Rafael Fiziev deyib.

"Beş raund yaxşıdır, çünki rəqibi başa düşmək daha asan olur. Döyüş 20 dəqiqə davam etsə, nə etməli olduğumu daha yaxşı biləcəyəm. Mən bu döyüşə yaxşı hazırlaşmışam və irəliyə doğru əminliklə addımlayacağam.

Rəqibimin super gücü və ya qeyri-adi fəndləri yoxdur. Sadəcə, adi fəndləri çox sürətlə yerinə yetirir. Rəqibimin taktikasını öyrənmək üçün onun üç raunduna baxmaq kifayət edir", – deyə döyüşçü qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az